Huawei P smart gənc istifadəçilərin dəbli smartfonu kimi təqdim edildi


Digərləri 16 Apr 2018 11:30:00 245 0

Huawei P smart gənc istifadəçilərin dəbli smartfonu kimi təqdim edildi

Huawei-in bu il təqdim etdiyi ən son məhsul seriyası ‒ P smart smartfonları çərçivəsiz ekran dizaynına fokuslanaraq tam yeni EMUI 8.0 əməliyyat sistemi ilə (Android 8.0) təchiz edilib. Eksklüziv Face Beauty alqoritmi, əl hərəkəti ilə çəkiliş (gesture shot) funksiyası və digər xüsusiyyətləri bu dəbli seriyanı gənc istifadəçilər üçün individual edir.

Tam çərçivəsiz ekran: Maksimum görüntü Huawei P smartın tərəflər nisbəti 18:9, ekran-gövdə nisbəti 76%-dən çox olan 5.65 düymlük ekranı sizə həmişəkindən daha geniş görüntü təqdim edir. Mükəmməl quruluşu, cazibəli 2.5D şüşə ekranı ilə Huawei P smart smartfonu əldə daha yığcam və daha rahat tutulur. Tam çərçivəsiz ekran antena və radiotezlik üçün olan və daha çox enerji tutan sahəni 50%-dək azaldaraq orijinal smartfon antenası üçün həll yolunu tapmışdır. Smartfonun performansını və etibarlılığını təmin etmək üçün Huawei mühəndisləri Huawei P Smart seriyalarını qabaqcıl texnologiya ilə təchiz ediblər.

Ağıllı gözəllik (Smart Face Beauty) və əl hərəkəti ilə çəkiliş: Smartfonun kameraları nə istədiyinizi bilir Dəblə ayaqlaşan gənclərin vərdişlərini qarşılamaq üçün Huawei P Smart seriyaları 13 Mp + 2 Mp arxa cüt kameralara sahibdir. Cüt kamera, bokeh effekti, ön portret rejimi, ağıllı gözəllik, əl hərəkəti ilə çəkiliş və digər xüsusiyyətləri ilə birlikdə bu smartfon seriyası sizin nə istədiyinizi bilir. Gecə çəkilişlərinin daha mükəmməl olması üçün Huawei P smart beş qrup ən dəqiq linzaları sayəsində zəif işıqlandırılmış yerdə belə daha təmiz, daha aydın şəkillər təqdim edir. Huawei P smart seriyaları ön portret rejimini dəstəkləyən 8 Mp ön ağıllı gözəllik funksiyalı kameraya sahibdir.


Xəbərə aid fotolar