Kapital Bank 2018-ci ilin I rübünün nəticələrini elan edib


Digərləri 16 Apr 2018 11:03:00 226 0

Kapital Bank 2018-ci ilin I rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 aprel 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib.

Bakı. Kapital Bank-ın aktivləri 1 aprel 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,2 milyard manat olub. Bankdan Trend-ə verilən məlumata görə, müştəri depozitlərinin həcmi 1 aprel 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 903,4 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 8% çoxdur. Bankın 1 aprel 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 225,3 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir