Bakı metropolitenində fləşmob VİDEO


Digərləri 16 Apr 2018 10:52:24 269 0

Bakı metropolitenində fləşmob  VİDEO

Bakı metropolitenində növbəti sosialyönümlü aksiya keçirilib.

Bakı metropoliteni QSC-dən Son.az-a verilən məlumata görə, budəfəki tədbirin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi olub.

Xalq Cümhuriyyətinin yubileyinə "Bakı Metropoliteni" QSC-də maraqlı və özünəməxsus töhfə hazırlanıb. Qırmızı xətdə hərəkət edən sərnişin qatarında fləşmob keçirilib. Fləşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bir bəndi səsləndirilib. Daha sonra fləşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.

Fləşmob ulu öndərin "...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşaraq, sərnişinlərin sürəkli alqışına səbəb olub.