UNEC ilə Türkiyənin İnönü Universitetinin alimləri birgə tədqiqat aparacaqlar


Digərləri 16 Apr 2018 10:58:00 220 0

UNEC ilə Türkiyənin İnönü Universitetinin alimləri birgə tədqiqat aparacaqlar

UNEC ilə Türkiyənin İnönü Universiteti arasında təhsil və tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Bakı. UNEC ilə Türkiyənin İnönü Universiteti arasında təhsil və tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb. Universitetdən Trend-ə verilən məlumata görə, sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi araşdırmalar aparacaq, birgə elmi nəşrlər üzərində çalışacaq, seminar və konfranslar təşkil edəcəklər. Rektor, professor Ədalət Muradov İnönü Universitetinin rektoru, professor Ahmet Kızılayın rəhbərlik etdiyi nümayəndə heyətinə UNEC-in inkişaf strategiyasının istiqamətlərindən söz açıb, dünyanın tanınmış universitetləri ilə həyata keçirilən ikili diplom proqramları barədə məlumat verib.