Səyyar ASAN xidmət davam edir


Digərləri 16 Apr 2018 10:21:00 268 0

Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmət 28 mart – 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 28 mart – 16 aprel Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 10 – 19 aprel Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 14 aprel – 3 may Zərdab rayonunda, 16 aprel – 10 may Xaçmaz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bakı. Səyyar ASAN xidmət 28 mart – 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 28 mart – 16 aprel Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 10 – 19 aprel Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 14 aprel – 3 may Zərdab rayonunda, 16 aprel – 10 may Xaçmaz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir: Notariat fəaliyyəti; Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;