Nalçikdə bazardakı güclü yanğın davam edir


Dünya 16 Apr 2018 09:56:00 220 0

Nalçikdə bazardakı güclü yanğın davam edir

Bu gün səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərindəki bazarda güclü yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2 min kv.m sahəni əhatə edən yanğın artıq ikinci ticarət pavilyonuna keçib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 75 əməkdaşı, 13 texnikası çalışır.