“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 16 Apr 2018 09:46:09 277 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Dünya valyuta birjalarında EUR/USD məzənnəsi aprel ayının minimum və maksimum səviyyələri aralığında dalğalanmaqdadır. Gələcək istiqaməti proqnozlaşdırmaq üçün isə yuxarı və ya aşağı sərhədlərin qırılmasını gözləmək lazımdır. Beləliklə, hal-hazırda 1.23$-a ticarət edilən avro/dollar məzənnəsi üçün 1.24$-ın yuxarı istiqamətdə qırılması, qiymətin 1.26$-a kimi bahalaşa bilməsi üçün güclü siqnal rolunu oynayacaq. Bu baş vermədikdə, yəni qiymət 1.24$-ın altında qaldıqca, ucuzlaşma 1.22$-a kimi də davam edə bilər. Bununla yanaşı, çərşənbə axşamı və çərşənbə günləri müvafiq olaraq Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın gələcək iqtisadiyyatı ilə bağlı gözlənti indeksi və inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir. GBP GBP/USD məzənnəsi 1.43$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşdığının və ucuzlaşdığının şahidi oluruq. Texniki analizə əsasən, qiymət yenidən 1.43$-ı yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.44$ və 1.47$-a kimi də güclənə bilər. Çərşənbə günü saat 12:30-da yayımlanacaq İngiltərənin inflyasiya ilə bağlı fundamental məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.