Polis əməkdaşı maşını ağaca çırparaq ağır xəsarət alıb


Digərləri 16 Apr 2018 08:47:00 251 0

Polis əməkdaşı maşını ağaca çırparaq ağır xəsarət alıb

Füzuli rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1994-cü il təvəllüdlü Əsgərzadə Elməddin İnqilab oğlu idarə etdiyi "Niva" markalı maşını qəfil yol kənarındakı ağaca çırpıb.

Ağır bədən xəsarətləri alan sürücü Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

E.Əsgərzadə Tərtər rayon Polis şöbəsinin əməkdaşıdır.