5 otaqlı ev yanıb


Digərləri 16 Apr 2018 08:18:00 431 0

5 otaqlı ev yanıb

Saatlıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Saatlı rayonunun Qarayevkənd kəndində ümumi sahəsi 220 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 220 m2 sahədə, 4 otağının və mətbəxinin yanar konstruksiyaları 140 m2 sahədə yanıb.

Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.