Cəlilabadda Orta əsrlərə aid olduğu ehtimal edilən kurqan aşkarlanıb - FOTO


Dünya 16 Apr 2018 07:34:00 267 0

Cəlilabadda Orta əsrlərə aid olduğu ehtimal edilən kurqan aşkarlanıb - FOTO

Tapıntı bayraq dirəyi basdırılması üçün aparılan qazıntı işləri zamanı üzə çıxıb

Cəlilabad rayonunda Orta əsrlərə aid kurqan aşkar edilib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Şıxlar kəndində bayraq dirəyi basdırılması üçün qazıntı işləri aparılarkən təpəcik ərazidən insan sümüklərinin qalıqları tapılıb.

Mütəxəssislərin fikrincə, ərazidəki qəbirin xüsusi ölçülü qırmızı kərpic parçaları ilə əhatə olunması buranın qədim kurqan olduğunu deməyə əsas verir.

Kənddəki kiçik təpəcik ərazi uzun müddətdən bəri tarixçilərin diqqətini cəlb etsə də, burada indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb.Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə, burada qazıntı işləri aparılarsa kurqan abidəsi ilə bağlı daha müfəssəl məlumatlar əldə etmək olar.

Tarixi mənbələrdən məlumdur ki, bu kimi qəbir abidələri yüksək nüfuza malik olan şəxslər üçün ucaldılırmış. Artıq tapıntı ilə bağlı Aərbaycan Milli Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutuna məlumat verlib.