Bu meyvələrlə sızanaqlara son qoyun


Digərləri 16 Apr 2018 07:07:00 223 0

Bu meyvələrlə sızanaqlara son qoyun

Son.az axşam.az-a istinadən sızanaqlardan canınızı qurtaracaq maskaları təqdim edir:

Limonlu maska - ən sürətli təsir göstərəni limonlu maskadır. 3 xörək qaşığı limon suyu və 2 xörək qaşığı balı qaba töküb, yaxşıca qarışdırın. Sonra sızanağın olduğu yerə vurun. 15 dəqiqə saxladığınız maskanı ilıq su ilə dərinizdən yuyun. Bir həftə ara ilə hər gün tətbiq edə bilərsiniz. Çiyələk maskası - Yağlı dərilər üçün daha məsləhətlidir. Bunun üçün 6-7 orta boy çiyələk və 2 xörək qaşığı qatıq istifadə edilir. Çiyələkləri təmizləyib qabda əzin və ona qatığı töküb qarışdırın. Qarışımı təmiz dəriyə əlinizlə vurun. Maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin.

Ərikli maska - Ərik maskası dəridə ölü hüceyrələri təmizləyir. 3-4 ədəd əriyi 1 çay qaşığı yulaf əzməsi ilə əzib qarışdırın. Əvvəlcədən təmizlənmiş dərinizə vurun. Təxminən 15-20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.