Portuqaliyalı gimnast: Bakıda Avropa Çempionatında çıxış etməkdən xoşbəxtəm


Digərləri 16 Apr 2018 04:41:21 280 0

Portuqaliyalı gimnast: Bakıda Avropa Çempionatında çıxış etməkdən xoşbəxtəm

Bakıda batut gimnastikası üzrə Avropa Çempionatında çıxış etməkdən xoşbəxtəm

Bakı. Maksim Tsurkov - Bakıda batut gimnastikası üzrə Avropa Çempionatında çıxış etməkdən xoşbəxtəm. Bu barədə Trend-ə batut gimnastikası üzrə Avropa Çempionatının fərdi yarışlarının qalibi portuqaliyalı gimnast Dioqo Qançinyo deyib. D.Qançinyo bildirib: "Mən çox xoşbəxtəm. Bu mənim Avropa çempionatlarında ilk medalımdır və qızıldır. Bu həmçinin Portuqaliyanın tarixində batut gimnastikası üzrə ilk qızıl medaldır və mən çox xoşbəxtəm onu mən qazandım. Bu medal mənim üçün, mənim ölkəm üçün və bizim idman növümüz üçün çox vacibdir. Ümid edirəm ki, bu, daha çox idmançı yetişdirməyə kömək edəcək".