Bu paltarları bədən ölçüsündən kiçik alın SİYAHI


Digərləri 16 Apr 2018 01:30:00 297 0

Bu paltarları bədən ölçüsündən kiçik alın  SİYAHI

Bəzən öz ölçümüzə uyğun paltar alsaq da, bir dəfə yuyandan sonra ya əynimizə kiçilir, ya da sallanmağa başlayır. Bəs paltar alarkən necə seçim etməliyik? Son.az ailem.az-a istinadən bədən ölçüsündən kiçik və ya böyük almalı olduğumuz paltarların siyahısını verir.

Tişört

Tişörtlərin böyük əksəriyyəti pambıqdan hazırlandığı üçün qurutma əsnasında 20 faiz kiçilirlər. Ona görə bədən ölçünüzdən böyük tişört almalısınız.

Köynək

Köynəklərdə kiçilmə tişörtlərə nisbətən daha azdır. Ancaq yenə də haradan kiçiləcəyini təxmin etmək olmur. Yaxa, qol, yoxsa çiyinlər...

Yun jaket

Yun jaketlər hər yumada kiçilir. Buna görə də jaket alarkən bir ölçü böyük almaqda fayda var.

Corablar

Corabların böyük əksəriyyəti pambıqdır. Buna görə yuma əsnasında kiçilə bilər.

Yay paltarları

Yay fəslində uçuşaraq geyilən paltarlar yuyulduqdan sonra ilk günki görünüşünü itirir. Paltarlarınızı əllə yuya, ya da bir ölçü böyüyünü seçə bilərsiniz.