Rusiyalı gimnast: Bakıda Avropa Çempionatında hər şey mükəmməl təşkil olunub


Digərləri 16 Apr 2018 01:36:00 241 0

Rusiyalı gimnast: Bakıda Avropa Çempionatında hər şey mükəmməl təşkil olunub

Bakıda Avropa Çempionatında hər şey mükəmməl təşkil olunub

Bakı. Cani Babayeva - Bakıda Avropa Çempionatında hər şey mükəmməl təşkil olunub. Bu barədə Trend-ə tamblinq üzrə Avropa Çempionatında bürünc medal qazanan rusiyalı gimnast Vadim Afanasyev bildirib. V. Afanasyev deyib: "Bakıda yarışlarda ilk dəfə iştirak edirəm və demək istəyirəm ki, Avropa Çempionatının təşkilatı çox yaxşıdır, tamamilə hər şey xoşuma gəldi. Hər şey yüksək səviyyədə edilib, hər şey mükəmməldir". Rusiyalı gimnastın sözlərinə görə, Bakıda azarkeşlər göstərdikləri dəstək ilə uğurlu çıxışa köklənməyə kömək edirdilər.