Aqressiv qida: həyat enerjisindən məhrum yeməklər –


Digərləri 15 Apr 2018 23:55:00 285 0

Aqressiv qida: həyat enerjisindən məhrum yeməklər –

Son on iilərdir  ki, bəşəriyyət qlobal problemlə ilə üzləşib və mübarizə aparır: aqressiv qida

Qida insan üçün enerji mənbəyidir. İnsan yaşamaq üçün yeyir. Qəbul edilən qida günəş enerjisi, vitamin, makro və mikronutriyentlərlə zəngin olmalıdır ki, hər bir hüceyrə kifayət qədər qidalı maddə alıb, normal fəaliyyət göstərsin, əks təqdirdə hüceyrə tədricən məhv olacaq və bu proses bütün orqanizm səviyyəsində getdiyindən zamanla müxtəlif xəstəliklərə səbəb olur.

Aqressiv qidanın yaranması və yayılmasına təkanverici faktorlardan biri insanın daha dadlı, cəzbedici qidaya üstünlük verməsi, digər amil yer üzündə əhalinin artmasıdır. Bu səbəblər işbazları yeni qida mənbələrinin axtarışına təhrik edir. Keyfiyyətsiz məhsullardan ucuz alınan qidalar vətəndaşların ərzaq səbətinin az qala 70% ni zəbt edib. Nəzərə alsaq ki, indi təbii sayılan məhsulların da heç də hamısı faydalı deyil, bu gün qidanın hansı fəsadlar törətdiyini ehtimal etmək çətin deyil.

Son.az medicina.az-a istinadən dietoloq-nutrisioloq Amaliya Rəhimovanın aqressiv qidanın yaratdığı fəsadlar barədə fikirlərini təqdim edir:

" Aqressiv qidalar çoxpilləli emal sobasından keçdiyindən həyat enerjisindən məhrumdur. Bu qida növləri ucuz və zərərli xammaldan hazırlandığından onların tərkibinə insan orqanizminə yad və toksiki təsir göstərən maddələr əlavə olunur. Hazırda əsas toksin mənbələrindən biri - tullantı qida və içkilərin qablaşdırıldığı plastik taradır. Plastikin tərkibində olan ftalatlar və bisfenol endokrin, sinir, reproduktiv, immun sisteminə mənfi təsir edərək, şəkərli diabet, ürək-damar, onkoloji xəstəliklərə yol açır. Bisfenol strukturuna görə qadın cinsi hormonun sintetik analoqudur. Bu maddə hətta körpələri qidalandıran plastik butulların tərkibində var. Daim su və qidaya sızaraq aşağıdakı problemləri yarada bilir: -Süd vəz və prostat xərçəngi -Erkən cinsi yetişkənlik -Sonsuzluq -Piylənmə -Diabet -Hiperaktivlik -Immun pozuntular