İnsanları inandıqları şeyin səhv olduğuna niyə razı edə bilmirik?


Digərləri 15 Apr 2018 23:40:00 259 0

İnsanları inandıqları şeyin səhv olduğuna niyə razı edə bilmirik?

İnsanları inandıqları şeyin yanlış olduğuna,qarşılarına sübuta yetirilmiş gerçəkləri qoyaraq razı salmağa çalışmısınız

? Böyük ehtimalki çalışmısınız.Bəs bu razı salma səylərinin nəticəsində fikrini dəyişdirən oldumu ? Cavabınız çoxluqla ehmtimalki "xeyr" olacaq.

Əslində razı salmağa çalışdığınız insanlar,qarşılarına nə qədər sübut qoysanız qoyun,inandıqları şey hər nədirsə normalda ona daha sıx sarılmağa başlayırlar. Bunun ən təməl səbəbi də formalaşdırdıqları dünya görüşünün təhdid altında olduğunu düşünmələridir. Əslində bu davranış forması iki faktorun nəticəsidir: İdraki uyğunsuzluq və geri çəkilmə effekti.

Son.az yasilelm.com-a istinadən bildirir ki, idraki uyğunsuzluq nəzəriyyəsi Leon Festinger tərəfindən 1957-ci ildə ortaya qoyulmuşdur.Bu nəzəriyyə,insanın idraki formalaşmasında sıx-sıx meydana gələn zidiyyətli halların anlaşılması ilə bağlıdır. İnsanın zehnində zidd düşən fikirləri,hissləri olduğu zaman duyduğu bir narahatlıq halı vardır.Bu ziddiyyət,bir qeyri müəyyənlik,bir disbalans yaradır.Rahatlamaq və zehni balansı təmin etmək üçün bu qarşıdurmanı sonlandırmaq məqsədi ilə bizi içdən içə dürtən bir şeylər hiss edərik.Qarşıdurmanı yaradan zehni faktorlardan birini və ya bir neçəsini tutarlı və tarazlı bir zehnin mühitinə qovuşmaq üçün manipulyasiya edərik.Yəni öz özümüzü aldadırıq və bu bizi rahatladır.

İlk dəfə Brendan Nyhan və Jason Reifler tərəfindən termin olaraq istifadə edilən Geri Çəkilmə Effekti (Backfire Effect) isə inanclarına zidd bir dəlil ilə qarşılaşan fərdlərin bu dəlili rədd edərək inanclarına daha da sıx bir şəkildə bağlanmalarını ifadə edən idraki bir yanılmadır.