Gənclərin Mark markası


Digərləri 15 Apr 2018 23:35:00 310 0

Gənclərin Mark markası

Facebookun Cambridge Analytica agentliyi ilə yaranan böhranı Markın çox ağır itkilərlə üzləşməsinə səbəb oldu. Belə ki, bir neçə gün öncə dünyanın ən varlı şəxsləri arasında ilk #5-likdə yer alan Mark Zuckerberg artıq 2.18 milyard dollar itirərək #7-ci pilləyə enmişdir. Ümumilikdə isə il ərzində (YTD) o artıq 7.71 milyard dollar itirib.

Markın New York Times Agentliyinə verdiyi reportajda o, indiyənə kimi yaranan böhranla bağlı silinən hesabların (facebook profillərin) onu narahat etmədiyini bildirməsi düşünürəm ki, onun bir neçə gündə daha çox itkiyə məruz qalmasına səbəb olacaqdır.

Son.az moneta.az-a istinadən bildirir ki, ümumilikdə hamı düşünür ki, bu dəqiqə nə baş verir? Qeyd edim ki, əslində bu hadisə ümumilikdə insanlara bir mesajdır. Hansı ki, bu mesajın hansı nəticələrə gətirib çıxaracağını demək çox çətindir.

Ümumilikdə sosial şəbəkələrdə insanların bütün məlumatlarının depolanması və bu məlumatların müxtəlif vaxtlarda müxtəlif məqsədlər üçün istifadə olunması və ya istifadə olunmaq üçün saxlanılması heç kəsə sirr deyil. Lakin belə bir sual ortaya çıxır...

Facebook ilə yanaşı insanlar daha neçə sosial şəbəkələrdən aktiv istifadə edirlər?

Onlar bu sosial şəbəkələrdə hansı səviyyədə təhülkəsizlklə təmin olunduqlarını bilirlərmi?