Bakıda küçədə naməlum kişi meyiti tapılıb


Digərləri 15 Apr 2018 23:27:00 240 0

Bakıda küçədə naməlum kişi meyiti tapılıb

Hadisə Səbail rayonundakı parkların birində qeydə alınıb

Bakının Səbail rayonu ərazisində yerləşən parkların birində naməlum kişi meyiti tapılıb.

Son.az "Report"a istinadən bildirir ki, təxminən 55-60 yaşlı kişinin dəqiq hansı səbəbdən öldüyü məlum deyil.

Hadisənin baş verdiyi ünvana Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları cəlb olunub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, həmçinin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

Araşdırma aparılır.