“Data Science” və “Data Scientist” nədir?


Digərləri 15 Apr 2018 23:05:00 306 0

“Data Science” və “Data Scientist” nədir?

"Data Science" dünya lüğətinə yeni daxil olmuş söz və sahədi. Dilimizdə birbaşa tərcüməsi olmadığı üçün biz bu sahəyə hərfi tərcüməsi ilə informasiya elmi deyə bilərik.

Günümüzdə texnologiyanın inkişafı nəticəsində məlumatlar inanılmaz dərəcədə artır. Araşdırmalar nəticəsində 2020-ci ilə qədər bir saniyəyə hər insan 1.7 megabyte məlumat istehsal etmiş olacaq. Bu isə ümumilikdə 8 zetabaytlıq məlumat deməkdir. Bu qədər məlumatın olması informasiya elminə zərurəti getdikcə artırır.

Bəs, "Data Science" nədir? "Data Science" çox önəmli sahə olub məlumatların toplanmasına, onların müxtəlif statistik və riyazi analiz proqramları ilə analiz olunaraq nəticələrin əldə edilməsinə, bu nəticələr ilə önəmli qərarların verilməsinə xidmət edir."Data Science" 3 əsas elmdən ibarətdir - Riyaziyyat, Statistika və İnformasiya və Texnologiya.

"Data Science" təkcə biznes yönümlü sahələrdə işləmir.

Son.az moneta.az-a istinadən bildirir ki, astronomiya, iqtisadiyyat, dövlət orqanları, tibb, sosial mediya bir sözlə, məlumat toplusunun olduğu hər yerdə "Data Science" özünü göstərir. Bu sahədə çalışan insanlara "Data Scientist" deyilir. "Data Scientist" bir neçə sahədə dərin bilikli olmalıdır. Bunlar statistika, analitika, riyaziyyat, machine learning, spatial engineering, biznes, və IT sahələridir.

Bu elmdə çalışanlar zəngin məlumatlarla dolu qaynaqları tapmaq, onları idarə etmək, məlumatları birləşdirmək, məlumatı vizuallaşdırmaq, riyazi və statistik əməliyyatlar yerinə yetirmək və məlumatı bu əməliyyatlara uyğunlaşdırmaq, alınan nəticələrdən məna çıxarmaq, o mənanı digər insanlara təqdim edə bilmək və qəraq verə bilmək bacarıqlarına malik olmalıdır. Məlumatı analiz etmə, vizuallaşdırma və onlar üzərində əməliyyatlar yerinə yetirə bilmək üçün bir neçə proqrama ehtiyac var. SQL, Hadoop, SPSS, R, Phyton, SAS, Tableau, Microsoft Excel, Gretl, Matlab onlardan bir neçəsidir.