David Rokfellerdən 20 sitat


Digərləri 15 Apr 2018 22:35:00 277 0

David Rokfellerdən 20 sitat

David Rokfeller 12 İyun 1915-ci ildə doğulub. Amerikalı bankir və iş adamı kimi tanınıb. "Dünya imperatorluğu" və "Yeni dünya nizamı" kimi ifadələri ilə diqqət çəkib.

Son.az motivasiya.com-a istinadən bildirir ki, Rokfeller 100 yaşına çatan zaman "200-cü ad günümü qeyd etmək istəyirəm "demişdi. Qeyd edək ki, David Rokfeller 2017-ci ilin 20 martında 102 yaşında vəfat etmişdir.

Moneta.az David Rokfellerin məşhur 20 sitatını təqdim edir:

1. Mən 100 insanın zəhmətinin 1%-dən gəlir əldə etməyi daha üstün tutardım, nəinki təkcə öz zəhmətimdən 100% gəlir.

2. Bütün günü işləyən insan, heç zaman pul qazana bilməz.

3. Özünüzə reputasiya qazanın və o, sizin üçün işləyəcək.

4. İnadkarlıq sayəsində hər şey, istər yaxşı olsun ya pis, istər düzgün olsun ya yanlış, sizin üçün əlçatan olacaq.

5. Biznes üzərində qurulmuş dostluq, dostluq üzərində qurulmuş biznesdən daha yaxşıdır.

6. İnsanlarla rəftar etmək bacarığı bir məhsuldur - necə ki qəhvə və ya şəkəri bazardan almaq mümkündür, eləcə də bu məhsulu orda ala bilərsən ... və mən belə bir bacarığa görə dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram.

7. Zarafat etməyi və borc almağı qəfil etmək lazımdır.

8. Əgər sizin yeganə məqsədiniz varlı olmaqdırsa, onda siz heç zaman ona nail ola bilməyəcəksiniz.

9. Mənə düşünən deyil, işləyən xalq lazımdır.