Ən varlı 1% sürətlə varlanmaqda davam edir


Digərləri 15 Apr 2018 22:05:00 243 0

Ən varlı 1% sürətlə varlanmaqda davam edir

Dünyanın ən varlı 1% insanları 2030-cu ilə qədər qlobal sərvətin üçdə ikisinə nəzarət edəcəklər.

Son.az moneta.az-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya parlamentinin hesabatında bildirilir.

Elit təbəqə hazırda dünya sərvətinin 50%-ni idarə edir, lakin bu rəqəm artmaqdadır.

2008-ci il maliyyə böhranından sonrakı trend davam edərsə, ən varlı 1% 12 ildən sonra qlobal sərvətin 64%-nə nəzarət edəcək.

Ən varlı 1%-in sərvəti illik 6% artır. Müqayisə üçün qeyd edək ki, dünya əhalisinin sərvəti illik 3% artır.