Zeytun yağının faydaları


Digərləri 15 Apr 2018 21:55:00 395 0

Zeytun yağının faydaları

Zeytun yağı tərkibində yüksək miqdarda yağ turşuları və yağın miqdarı çox olan zeytun ağacının meyvəsindən alınılr. Zeytun yağınınm rəngi tünd sarı rəngdən yaşıl-sarı rəngə qədər ola bilir. Bu zeytunun yetişdiyi bölgədən asılı olaraq dəyişir. Zeytun İtaliya, İspaniya və Yunanıstanın milli qida məhsullarındandır. Bəzi dinlərdə zeytun müqəddəs meyvə kimi qəbul edilir. Zeytun Yunanlar üçün ən müqəddəs meyvə sayılır. Onların əfsanələrinə görə zeytunu Afina Pallada yaradıb. Onun sərt dadı və bir-neçə rəngli növü var. Necə seçməli? Son.az immunitet.az-a istinadən bildirir ki, zeytun yağı alarkən onun salatlar və ya qida üçün alındığını nəzərə almaq lazımdır. Zeytun konservləşdirilimş, rafinə edilmiş və rafinə edilməmiş formalarda satılır. Zeytun müxtəlif rənglərdə olması onun yetişdiyi ərazidən və növündən asılı olaraq dəyişir. Zeytunun keyfiyyəti isə onun yetişdirilməsi zamanı istifadə edilən kimyəvi gübrələrdən və ya zeytunun növündən asılı olur. Keyfiyyətli zeytunun tünd dadı və xüsusi ətri olur. Ondan alınan yağın rəngi isə növündən asılı olaraq fərqli olur. Necə saxlamalı? Zeytun yağını otaq temperaturunda və günəş şüalarından uzaq məsafədə saxlamaq lazımdır. Yağın keyfiyyətinin itməməsi üçün isə onu 8-10* temperaturda saxlamaq lazımdır. Qida sənayesində zeytun yağından ətlərin və tərəvəzlərin qızardılması üçün istifadə edilir. Onu müxtəlif salatların üstünə əlavə edirlər. Onu bəzən şərabların içərisinə də qoyurlar. Zeytun yağından bəzi şirniyyatların hazırlanması zamanı istifadə olunur. Keşniş limon, sarımsaq, pendir və kedra qozunundan hazırlanmış salata zeytun yasğı əlavə etikdə çox dadlı salat alınır. Zeytun yağından qızardılmış qidaların dadı çox fərqli və dadlı olur. 100 qram zeytunda 99,8 qram yağ, 0,2 qram su və 884 kalori var. Zeytun yağının tərkibi A, E, D vitaminləri, fosfor birləşmələri, bioloji aktiv maddələr, çoxlu miqdarda kollagenlər, minerallar olur. Onun tərkibinin yağlılığı zeytun ağacının yetişdiyi yerdən asılı olaraq dəyişik olur. Zeytun yağının tərkibində olan fosfor birləşmələri - fosfatidlər və fosfolilidlər hüceyrə membranında suyun, şəkərin miqdarının normal saxlanılmasını təmin edir, maddələr mübadiləsini yaxşılaşdırır. Zeytun yağında olan tokoferol və karotinoidlərin miqdarı isə orqanizmə yarasağaldıcı, sakitləşdirici və bərpaedici təsir bağışlayır. Onun tərkibinin 80%-i olein turşusundan, 15%-i isə palmit və linolen yağından ibarətdir. Zeytun yağının tərkibində olan komponentlər onun müalicəvi tərkibə malik olmasının göstəricisidir. O güclü antioksidant təsirə malikdir. Zeytun yağından istifadə etmək ürək və damar xəstələri üçün çox faydalıdır. O xəstəlik əlamətlərinin azalmasına səbəb olur, arterial təzyiqi nəzarət altında saxlayır, atereskleroz əlamətlərinin aradan qalxmasına səbəb olur. Bunun üçün adları çəkilən xəstəliklərdən əziyyət çəkən xəstələr daima zeytun yağından istifadə etməlidirlər. Şəkərli diabet xəstələrinə zeytun yağından istifadə etmək çox faydalıdır. Zeytun yağı qəbizliyin aradan qalxmasına yardım edir. Bunun üçün 3-4 qaşıq zeytun yağını 1 stəkan qaynar suda həll edib içmək lazımdır. Bu vasitəni bir neçə gün tətbiq etmək bağırsaq daşlarının xaric olmasına səbəb olur. Səhərlər acqarına zeytun yağı içmək öd kisəsinin boşalmasına səbəb olur. Zeytun yağı öd axarlarının boşalmasına səbəb olur. Qulaq ağrıları zamanı pambıq pamponu zeytun yağına batırıb qulağa qoyduqda ağrı hissi aradan qalxır. Kosmetologiya sahəsində zeytun yağından kremlərin, şampunların, balzamların, duş gellərinin , sabunların və s. hazırlanmasında istifadə olunur. O dərini cavanlaşdırır, elastikliyini artırır, onu qidalandırır, rəngini durulaşdırır. Buna səbəb isə zeytun yağının tərkibində antioksidantların və E vitamininin çox olmasıdır. Üzü zeytun yağı ilə silmək dəri hüceyrələrinin canlanmasına səbəb olur. Zeytun yağı dərinin lipid mübadiləsini yaxşılaşdırır, dəridəki piy vəzilərinin fəaliyyətini normallaşdırır. Zeytun yağı ilə massaj olunmaq osteoxondroz və duzların toplanması zamanı orqanizmi rahatlaşdırır və sinir sistemini sakitləşdirir. Zeytun yağı ilə massaj olunmaq qan dövranının yaxşılaşmasına səbəb olur. Dırnaqların möhkəmlənməsi üçün zeytun yağı və limon şirəsi əlavə edilmiş isti suda əlləri vanna etmək, quruladıqdan sonra zeytun yağı sürtərək əlcək geyinib yatmaq lazımdır. Səhər əlləri yuduqdan sonra isə dıqnaqlara yod sürtmək dırnaqların möhkəmlənməsinə səbəb olur. Davamlı olaraq dəriyə duz qatılmış zeytun yağı ilə silmək dərinin möhkəmlənməsinə və elastikləşməsinə səbəb olur. Quru əllərdən xilas olmaq üçün isə dərini isti zeytun yağında saxlamaq lazımdır. Bu vasitə ilə quru dərili əllərdən birdəfəlik xilas olmaq olur. Son.az