İmam Əlinin namazla bağlı tövsiyələri


Digərləri 15 Apr 2018 21:45:00 278 0

İmam Əlinin namazla bağlı tövsiyələri

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurub: "Beş vacib namazın vaxtlarına nəzarət edin. Çünki bu namazlar Allah dərgahında xüsusi mövqeyə malikdirlər".

"Hər kim (azan) səsini eşidər, səbəbi olmadan ona cavab verməzsə, deməli namaz onun üçün deyildir".

"Hər kim namazını azan və iqamə ilə qılar, bir dəstə mələk arxasında namaz üçün dayanar ki, bu sıranın iki tərəfi də görünməz. Hər kim namazını təkcə iqamə ilə qılarsa, arxasında bir mələk namaz qılar".

"Dörd zamanda dua etməyi qənimət bilin: Quran qiraət edən zaman, azan zamanı, yağış yağan zaman, müharibədə mömin ilə kafir ordusunun üzləşdiyi zaman".

"Ey Kumeyl! Sənin şən və məqamın namaz qılmaq, oruc tutmaq və sədəqə verməklə deyildir. İnsanın şəni ondadır ki, namazı pak qəlblə yerinə yetirsin, Allah tərəfindən qəbul olsun və təvazö ilə əda olunsun".

"Hər kim namazın haqqını tanıdığı halda onu yerinə yetirərsə - bağışlanar".

"Yorğun və mürgüləyən halda namaz qılmayın. Namaz vaxtı öz fikrinizdə olmayın. Çünki Allahın dərgahında dayanmısınız. Həqiqətən, bəndənin namazının o qədəri qəbul olar ki, qəlbən Allaha diqqət etmişdir".