Zaqatalada güclü leysan: Evləri su basdı, bir maşını sel apardı,


Digərləri 15 Apr 2018 21:08:00 338 0

Zaqatalada güclü leysan: Evləri su basdı, bir maşını sel apardı,

Zaqatalaya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib. Dəli çayında qısa müddətli sel yaranıb və çay məcrasından çıxıb. Rayonun Mazıx kəndində 200-dən artıq evin həyətyanı sahəsini su basıb. Avtmobili sel aparıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, çay məcrasından çıxıb, həyətyanı sahələrə su dolub.

Dünən Zaqatala rayonu ərazisində güclü leysan yağışları yağıb.İri və xırda dağ çaylarında suyun səviyyəsi qalxıb.

Dağlara yağan güclü leysan nəticəsində rayonun Mazıx kənd ərazisindən axan Dəli çayında sel yaranıb.Nəticədə çayın sağ və sol sahilində olan 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15 -ə yaxın evin birinci mərtəbəsinə su dolub, xeyli sayda ev quşları tələf olub, kəndin yaxınlığındakı fındıq bağları sel suları altında qalıb. Çayın kənarında olan və Mazıx kənd sakininə məxsus maşını sel suları aparıb.


Xəbərə aid video