İnsan bədəni ilə bağlı


Digərləri 15 Apr 2018 20:40:00 246 0

İnsan bədəni ilə bağlı

İnsan bədənini əmələ gətirən atomların sayına nəzər yetirmədən onların nə qədər balaca olduğunu qavramaq çətindir. Orta yaşlı bir insanın bədənində 7 000 000 000 000 000 000 000 000 000 atom var.

Elmin bütün sahələrində edilən kəşflərin əksər hissəsi insan bədənində özünü göstərir. İnsan bədəni ilə bağlı maraqlı faktlar ancaq elm inkişaf etdikcə aşkar edilir.

Həyat üçün əlavə hesab edilən şeylər

İnsanların korbağırsaqlarına qarşı münasibətləri heç də yaxşi deyil və ona milyon illər əvvəl öz funksiyasını itirmiş, insan bədəni üzərində heç bir effekti olmayan bədən üzvü kimi yanaşırlar. Onun işinin yalnız təsadüfən infeksiyaya yoluxmaq ve appendisitə səbəb olmaq olduğunu düşünürlər. Lakin son zamanlar edilmiş araşdırmalara görə korbağırsağın həzm fuksiyasını yerinə yetirməyə kömək edən bakteriyalar üçün əlverişli olduğu aşkar edilmişdir. Bakteriyalar korbağırsaqdan bağırsaqların şiddətli fəaliyyətinə fasilə vermək, çoxalmaq ve bağırsaqlarda yaşayan bakteriyalarin sayının azalmasının qarşısını almaq məqsədilə istifadə edirlər. Ona görə də korbağırsağınıza hörmətlə yanaşın.

Böyük ölçülü molekullar

Son.az yasilelm.com-a istinadən bildirir ki, ətrafımızdakı hər şey molekullardan təşkil olunub. Bunların hamısı oksigen molekulu kimi sadə atom cütlərindən tutmuş mürəkkəb üzvi strukturlara qədər ölçülərinə görə fərqlənirlər. Təbiətdəki ən böyük molekul isə insan bədənindədir və bu 1-ci xromosomdur. Normal insan hüceyrəsi hər birinin nüvəsində çox uzun DNT molekulu olan, 23 cüt  xromosoma sahibdir. 1-ci xromosom kodlaşdırılan informasiyanı saxlamaq üçün təxminən 10 milyarda yaxın atomdan təşkil olunmuş ən böyük molekuldur.

Atomların sayı

Bədəndəki tüklərin azalması

İnanmaq çətin olsa da insan bədənindəki tüklərin sayı bir şimpanzenin bədənindəki tüklərin sayı ilə eynidir. Fərq ondadır ki, insan bədənindəki tüklərin faydası yoxdur və gözə çarpmayacaq dərəcədə nazikdirlər. Qoruyucu tüklərimizi nəyə görə itirdiyimiz hələ də dəqiq bəlli deyil. Belə ehtimal olunur ki, onlar ibtidai insanların daha rahat qızınmasına və ya bit və gənə kimi parazitlərlə mübarizə aparmağa kömək edirdi. Hətta əcdadlarımızın həyat şəraitinin qismən su ilə əlaqəli olması da bunun səbəbi ola bilər. Buna baxmayaraq ən məntiqli fikir insanların cəngəlliklərdən savannalara köç etdiyi zaman daha çox birgə əməyə ehtiyaclarının olması hesab olunur.

Heyvanlar birgə fəaliyyət üçün nəsil artırdıqları zaman onlar getdikcə öz balalarına bənzəyirlər. 1950-ci illərdə başlamış və 40 il davam etmiş maraqlı eksperimentdə əhliləşdirilmək məqsədi ilə tülkülərin nəsli artırılıb. Bu period ərzində tülkülərin yetkin fərdləri vaxtlarını oynamaqla keçirən, ev heyvanlarına bənzər, aşağı əyilmiş qulaqları, dik quyruqları və xallı dəriləri olan bala tülkülərə bənzəməyə başlayırlar. Insanlarda da eynilə bala meymunlarin bəzi xüsusiyyətləri mövcuddur: böyük baş, balaca ağız və nəzərə çarpmayacaq dərəcədə nazik tüklər.

"Biz-biz tüklər"

Dərinin ürpəşməsi bizə əcdadlarımızdan qalma xüsusiyyətdir. Bu hadisə tük follekulundakı xırda əzələlərin yığılması və tüklərin qabarması ilə baş verir. Xəzdərililərdə bu hadisə tüklərin qabararaq dərinin daha rahat nəfəs almasına kömək etsə də nazik tüklü insan bədənində dərinin qəribə görünməsinə səbəb olur.

Qorxduğumuz və ya emosional bir şey xatırladığımız zaman tüklərimizin biz-biz olduğunu hiss edirik. Əksər məməlilər təhlükə hiss etdikləri zaman daha böyük və təhlükəli görünmək üçün tüklərini qabardırlar. İnsanların da heyvanlar kimi müdafiə xarakterli tüklərini qabartmaq xüsusiyyətinə sahib olub, lakin daha öncə də dediyimiz kimi bu xüsusiyyət artıq insan bədəni üzərində öz effektini itirmişdir. Biz hələdə tüklərin biz-biz olmasını hiss etsək də vizual nəticə əldə etmirik.

Kosmik travma

Əgər elmi fantastik filmlərə inansaq, kosmik gəmidən xüsusi geyimsiz açıq kosmosa düşən insanın başına dəhşətli şeylər gəlir. Lakin bu absurd bir fikirdir. Mümkündür ki, bədəninizin daxilindəki havanın genişlənməsi ilə diskomfort hiss edəsiniz, amma bunun hollivud filmlərindəki kimi bədən hissələrinin parçalanması ilə heç bir əlaqəsi yoxdur. Vakuum mühitində maye halinda olan maddələr qaynamasına baxmayaraq sizin qanınız qan-damar sisteminin təzyiqi altında olduğu üçün heç bir problem ortaya çıxmayacaq. Həmçinin, kosmosda temperaturun çox soyuq olmasına baxmayaraq, bədən temperaturunuz sürətlə aşağı düşməz. Termosların quruluşundan da bildiyimiz kimi vakuum güclü izolyatordur.

Praktiki olaraq açıq kosmosda sizin ölümünüzə səbəb ola biləcək yeganə şey havanın olmamasıdır. 1965-ci ildə NASA-nın vakuum kamerasında təlim keçərkən skafandrda sızıntı meydana gəlmişdir. Həyatda qalmağı bacaran qurban 14 saniyə ərzində huşunu itirməmişdir. Sağ qalma müddətinin nə qədər olduğu dəqiq bilinməsə də, bunun 1 və ya 2 dəqiqə olduğu ehtimal edilir.

Atomların çökməsi

Bədənimizi təşkil edən atomlar boşluqlardan ibarətdit. Bu qədər çox sayda olmalarına baxmayaraq boşluqlar olmasa bədənimizin həcmi olduqca kiçilər. Atomun əsas hissəsini təşkil edən nüvə o qədər kiçik ölçülüdür ki, onun ölçüsünü sarayın içindəki milçəyin ölçüsü ilə müqayisə etmək olar. Əgər atomlarda olan boşluqlar yox edilsə, insan bədəni tərəfi 0.002 santimetr olan kubun içinə sığar. Neytron ulduzlar bu cür sıxılmaya məruz qalmış maddədən təşkil olunmuşdur. Neytron ulduzların 1 kub santimetri 100 milyon ton ağırlığındadır. Bir neytron ulduzu günəşdən daha ağır olmaqla bərabər, təxminən 384 km2 sahəni əhatə edir.

İtələmə qüvvəsi

Maddəni təşkil edən atomlar heç vaxt bir-birinə toxunmur. Atomlar nə qədər yaxınlaşsa, elektrik yükləri arasındakı itələmə qüvvəsi o qədər çoxalır. Bu 2 güclü maqnitin eyni qütblərini yaxınlaşdırmağa çalışmaq kimi bir şeydir. Bunu hətta əşyaların bir-biri ilə əlaqəsinə də aid etmək olar. Stula oturduğunuz zaman ona toxunmursunuz, atomların itələmə qüvvəsinə görə çox cüzi ölçüdə yuxarıda qalırsınız. Elektomaqnit qüvvəsi qravitasiya qüvvəsindən  milyard dəfələrlə güclüdür. Bu qüvvəni gücünü müşahidə etmək üçün soyuducu üçün olan maqnit götürün və onu soyuducuya yaxınlaşdıraraq əlinizdən buraxın. Bu zaman balaca maqnitdəki elektromaqnit qüvvəsinin yerin cazibə qüvvəsini üstələdiyini müşahidə edəcəksiniz.

İnsan bədəni: ulduz tozu

Bədənimizdəki atomların milyardlarla yaşı var. Bədənimizin əsas komponenti və kainatda ən çox yayılmış element olan hidrogen 13.7 milyard il əvvəl baş verən böyük partlayış zamanı meydana çıxmışdır. Karbon və oksigen kimi daha ağır atomlar isə 7-12 milyard il əvvəl ulduzların tərkibində olmuş, ulduzlar partladığı zaman kosmosa yayılmışdır. Bu partlayışların bəziləri o qədər güclü olmuşdur ki, hətta dəmirdən daha ağır olan atomların yaranmasına səbəb olmuşdur. Bu o deməkdir ki, bədəninizi təşkil edən komponentlər həqiqətən də qədimdir: siz ulduz tozusunuz.

Kvant hissəcikləri

Elmin sirlərindən biri də bədənimizin nə qədər bütöv və vahid halda görünməsinə baxmayaraq qəribə hərəkət edən atom və onun hissələri kimi elementar zərrəciklərdən təşkil olunmasıdır. Əgər insanlardan bədənlərindəki atomlardan birinin şəklini çəkməsini istəsəniz, əksər insanlar balaca  günəş sisteminə bənzər bir şey çəkəcək; nüvəni günəş kimi, elektronları isə günəşin ətrafında dövr edən planetlər kimi təsvir edəcəklər. Bu əslində erkən atom modelidir, lakin sonralar məlum oldu ki, belə atomlar tez bir zamanda parçalanır. Bunun səbəbi elektronların yüklü zərrəciklər olmasıdır. Yüklü zərrəciklər sürətləndikləri zaman işıq formasında enerji yayırlar və bu şərtlər daxilində nüvəyə düşməlidirlər.