Putin Ərəb Birliyini əməkdaşlığa səslədi


Dünya 15 Apr 2018 20:47:00 244 0

Putin Ərəb Birliyini əməkdaşlığa səslədi

Rusiya prezidenti Vladimir Putin Suriya və İraqda İŞİD-in məğlubiyyətindən sonra bölgədə siyasi həll və yenidənqurma prosesində Ərəb Birliyinə kömək edə biləcəklərini deyib.

Son.az oxu.az-a istinadən bildirir ki, Rusiya prezidenti bu açıqlamanı XXIX Ərəb Birliyi Zirvəsi münasibətilə yayıb.

Putin xatırladıb ki, Orta Şərq və Şimali Afrika çətin dönəmdən keçir, Suriya, İraq, Liviya və Yəməndə silahı münaqişələr insanların həyatını məhv etməkdə davam edir.

"İŞİD-in əsas qüvvələrinin məğlubiyyətindən sonra ortaya çıxan şərtlərdə, Suriya və İraqda siyasi həll və yenidənqurma prosesini sürətləndirməyə və həyati məsələləri həll etməyə kömək edə bilərik", - Putin bildirib.