Altay Həsənov: "Mehriban Əliyevanın rəhbərliyi altında uğur qazanmamaq, bu cür zirvələr fəth etməmək mümkün deyil"


Siyasət 15 Apr 2018 19:49:00 266 0

Altay Həsənov: "Mehriban Əliyevanın rəhbərliyi altında uğur qazanmamaq, bu cür zirvələr fəth etməmək mümkün deyil"

Azərbaycan Gimnastika Federasiyası nəhəng iş gördü, bu da ona görədir ki, onun yaxşı prezidenti var. Mehriban Əliyevanın rəhbərliyi altında uğur qazanmamaq, bu cür zirvələr fəth etməmək mümkün deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

O qeyd edib ki, Bakıda keçirilmiş batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Azərbaycanın idman həyatında növbəti mühüm səhifədir:

"Bakıda 25 ölkədən 400-dən çox gimnastın iştirak etdiyi Avropa çempionatı kimi mühüm turnir keçirilir. Bilirsiniz ki, biz bu səviyyədə turnirlər keçirmək təcrübəsinə malikik. İdmançıların və nümayəndə heyəti üzvlərinin müsahibələrinə əsasən deəm olar ki, onlar hazırlıq səviyyəsindən və yarışların təşkilindən razıdır. İkincisi, nəticələrə gəldikdə, biz komandanın qarşısına qoyulan əsas məsələlərdən birnə nail olmuşuq. Gimnastlarımız 2019-cu il Avropa Oyunlarına bütün lisenziyaları qazandılar. Ona görə də minimum hədəf yerinə yetirilib. Eyni zamanda biz hazırlığın bütün mərhələlərini Bakıda keçmiş Mixail Malkinin zirvəyə yüksəldiyini, qızıl medal qazandığının şahidi olduq. Bu, Azərbaycan üçün, onun özü üçün və məşqçisi üçün, bütün Federasiya üçün mühüm hadisədir. Biz həmçinin sinxron tullanmalarda gümüş medal qazanmışıq. Qızlarımız uğurla çıxış ediblər. Hesab edirəm ki, Avropa Çempionatı uğurlu alındı. Biz öz tapşırıqlarımızı yerinə yetirdik".

O qeyd edib ki, əvvəllər, Federasiya ilk addımlarının atanda, 2002-ci ildəki restrukturizasiyadan sonra idmanı kütləviləşdirmək, bölgələri cəlb etmək, Avropa gimnastika nəhənglərindən öyrənmək barədə söhbətlər gedirdi:

"İndi biz özümüz də nələrisə öyrədə bilərik. Xoş haldır ki, təşkilatçılıqda bəzi yeniliklər ilk dəfə bizdə tətbiq olunur. Məsələn, xaricdən dəvət olunmuş bu maskot uğurla çıxış edir, hər kəsi ruhlandırır və əhval-ruhiyyəni qaldırır. Məhz bu, ilk dəfə bizdə tətbiq olunub. Bu, Federasiya əməkdaşlarının və rəhbərlərinin əməyi və yaradıcılığıdır. Bunlar olmadan əlbəttə ki, darıxıdırıcı olardı. Nəticə isə odur ki, idmana təkcə gimnastlar və onların valideynləri yox, həm də adi admalar cəlb olundu. Bu il həm də turistlər məhz bu turnirə baxmağa gəldilər. Biz öyrəşmişik ki, adətən özümüz harasa gedib yarışlara baxırıq, artıq Bakı da Avropanın idman mərkəzinə çevrilir. Bu bizi sevindirir, amma sakitləşdirmir, çünki bizi daha çox işləməyə və gələcək haqqında düşünməyə vadar edir".

Onun sözlərinə görə, Azərbaycan Gimnastika Federasiyası gələcəyə nikbinliklə baxır:

"Azərbayanın gimnastikanın bizim üçün qeyri-ənənəvi növlərində medalları var. Batut indiyədək Azərbaycanda çox da inkişaf etməmişdi. Bu idmana böyük təkanı 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları verdi. Gimnastikaya marq daha artdı, nəticələr yaxşılaşdı".

A.Həsənov bildirib ki, bu il Bakıda daha bir neçə iri turnir keçiriləcək:

"Artıq aprel ayında bədii gimnastika üzrə iki turnir - gənclər və böyüklər arasında Dünya kubokları keçiriləcək. Gənclər arasında Olimpiadaya təsnifat yarışlarının keçirilməsi də planlaşdırılır, akrobatika üzrə Dünya Kuboku da ilk dəfə Bakıda keçiriləcək. Dekabr ayında Beynəlxalq Gimnastika Federasiyasının Konqresi keçiriləcək. Bütün bunlar mühüm hadisələrdir. Gələn il bədii gimnastika üzrə Dünya çempionatı olacaq. Bu, ən gözəl gimnastika növüdür və rəqabət çox yüksəkdir".

O həmçinin qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasından nəsil dəyişməsi gedir, daim yeni insanlar gəlir:

"Bəzən kənardan görünə bilər ki, Federasiya İdman Nazirliyinə kömək etmək üçün yaradılıb, amma federasiyalar özləri, xüsusən də Azərbaycan Gimnastika Federasiyası böyük işlər görür. Azərbaycan Gimnastika Federasiyası nəhəng iş görüb, bu da ona görədir ki, onun yaxşı prezidenti var. Mehriban Əliyevanın rəhbərliyi altında uğur qazanmamaq, bu cür zirvələr fəth etməmək mümkün deyil. Həm də Federasiyamızda UEG-in indiki prezidenti Fərid Qayıbovun yığdığı çox yaxşı komanda var. O, indi yeni vəzifəsində çox fəal işləyir. Onun müsahibəsində oxudum ki, o Avropada gimnastikanı inkişaf etdirmək istəyir. Fikrimcə, o, həm onlar üçün, həm də bizim üçün səy göstərəcək. Bu, bizim ictimaiyyətimizin idman həyatı üçün böyük hadisədir. Azərbaycanlı Federasiyanın adi menecerindən başlayan yol qət edərək Avropada idman federasiyasınını prezidenti olub".