Suya dad qataraq milyon dollarlıq şirkət quran iş qadını


Digərləri 15 Apr 2018 20:25:00 336 0

Suya dad qataraq milyon dollarlıq şirkət quran iş qadını

Bir şeyləri dəyişdirmək istəyirsinizsə, fikri çox uzaqlarda axtarmağa gərək yoxdur. Həyatınıza təsir edən bir fikir, bir başqasının da dünyasında fərq yarada bilər.

"Günün hər anında yorğundum, artıq çəkim məni narahat edirdi və üzüm sızanaq içindəydi".

Bu söz, suyun dadını sevmədiyi üçün əvvəldən gündə 10-12 qutu pəhriz kolası içən "Hint Water"in təsisçisi və CEO-su Kara Goldin`ə məxsusdur. Bu gün Hint Waterin illik satış həcmi 70 milyon dolları keçməkdədir.

Pəhriz kola asılı Goldin, 12 il əvvəl su içməkdən nifrət edirdi. Eyni zamanda artıqlaması ilə sağlam qidalanan və getdikcə daha çox kilo alan Goldin, ailəsiylə birlikdə sağlam qidalanmaya qərar verdi. Onun bu hekayəsi, yalnız su ilə belə haralara gəldiyini sübut edir.

Suyun dadını sevmədikdə fərqli variantlar düşündü Şəkərli olduğu üçün meyvə suyu sərf etmək istəmirdi. Meyvə suyu əvəzinə əvvəlcə vitamin sularına yönəldi. Ancaq bunların da içində kimyəvi və qoruyucu maddələr olduğunu gördü.

Goldin, bir gün dolçanın içərisinə bir iki dənə moruq atdı və evə gələndə bütün suyun içilmiş olduğunu fərq etdi və dərhal beynində bir işıq yandı.

Suya yeni bir dad qatmağa qərar verdi

Sağlamlığına daha çox diqqət edən Goldin, bazarda bir boşluq olduğunu öyrəndi. Kalorisiz, içərisində dadlandırıcı olmayan təbii meyvə suyu istehsal etmə barədə qərar vermişdi.

İlk öncə, istehsal etdiyi suları butulkalara doldurub bir supermarket şəbəkəsi olan Whole Foodsa buraxdı. Bir neçə gün içərisində 10 kassa aromalı su satılmışdı.