"Baqanes yolu atəşə tutulmayıb"


Digərləri 15 Apr 2018 20:26:00 250 0

"Baqanes yolu atəşə tutulmayıb"

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes - Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.

Son.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib: "Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır".

Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.