Federal Ehtiyat Sistemi Pul Təklifini Necə İdarə Edir?


Digərləri 15 Apr 2018 20:05:00 337 0

Federal Ehtiyat Sistemi Pul Təklifini Necə İdarə Edir?

Bütün tarix ərzində sərbəst bazar cəmiyyətləri çoxlu sayda daralma və genişlənmə dönəmi mənasına gələn "boom and bust" dövrlərindən keçmişdirlər. Hər kəs yaxşı iqtisadi zamanların səfasını sürərkən, krizlər və çökmə dönəmləri əsasən əziyyətli olmaqdadır. Federal Ehtiyat Sistemi (FED) çökmə dövründəki vurulan zərərləri azaltmağa kömək etmək məqsədilə  yaradılmış və ona pul təklifinə təsir edə biləcək güclü alətlər verilmişdir.

FED-in millətlərin pul təklifini necə idarə etdiyini öyrənmək üçün ardını oxuyun.

Federal Ehtiyatın Təkamülü

FED 1913-cü ildə yarandığında, o, iqtisadiyyatın stabilliyini qorumaq məqsədilə hər hansısa aktiv pul siyasəti izləmək üçün yaradılmamışdı. İqtisadi sabitləşdirmə siyasətləri Con Meynard Keynsin 1936-cı ildəki çalışmasına qədər təqdim edilməmişdi. Bunun yerinə FED-in qurucuları onu 1914-cü il öncəsi iqtisadi daralmalar dövründə pul təklifini və krediti qurumaqdan qorumaq üçün bir yol olaraq görürdülər.

Son.az moneta.az-a istinadən bildirir ki, FED-in maliyyə böhranlarına qarşı bu cür sığortanı təmin etməsinin prinsipal yollarından biri son çarə kreditor kimi çıxış etməsi idi. Yəni, riskli biznes gözləntiləri kommersiya banklarını kredit həcmlərini artırmaq barədə tərəddüdə saldığında, FED sözügedən banklara borc verə bilərdi və bu, bankların müştərilərinə daha çox kredit vermələrində cəsarətləndirici bir rol oynadı.

Sözü gedən mərkəz bankının funksiyaları artdı və bu gün FED ilk növbədə stabil iqtisadi artışa yol vermək üçün bank ehtiyatlarını və pul təklifini idarə etməkdədir. FED 3 hədəfə çatmaq üçün aşağıda qeyd edilmiş alətlərdən istifadə edir:

Məcburi Ehtiyat Normalarındakı dəyişiklik Diskont Dərəcəsindəki dəyişiklik Açıq Bazar Əməliyyatları

Məcburi Ehtiyat Nisbəti

Məcburi ehtiyat nisbətini dəyişdirmək tez-tez istifadə edilir, lakin, bu alət potensial olaraq güclü deyil. Bu nisbət bir bankın ehtiyatlarının depozitlərə qarşılıq olaraq özündə tutmalı olduğu miqdarın faizini əks etdirir. Bu nisbətdəki bir düşmə bankın daha çox borc verməsinə icazə verəcək, beləliklə pul təklifində bir artış meydana gələcək. Sözügedən nisbətdəki bir artış isə əks effektə səbəb olacaq.

Diskont Nisbəti