Elm dünyasının yeni Enşteyni –


Digərləri 15 Apr 2018 19:35:00 283 0

Elm dünyasının yeni Enşteyni –

23 yaşlı gənc fizik Sabrina Gonzales Pasterski hazırda dünyanın ən ağıllı elm adamlarından biri kimi göstərilir. Əslən Kubadan olan Sabrina MIT-dən 3 il ərzində bütün imtahanlardan ən yüksək qiyməti alan tək qadın kimi tarixə düşüb. Dünya medyası onu yeni Enşteyn kimi qələmə alır.

Son.az bizplus.az-a istinadən bildirir ki, Sabrina eynilə Enşteyn kimi qara dəliklər, cazibə qüvvəsi və kosmos zamanı ilə bağlı mövzularla maraqlanır. O, bu sahədə inqilab yaradan insanlardan biri ola bilər. Ancaq Sabrinanın yeni Enşteyn kimi göstərilməyinin tək səbəbi elmi uğurları deyil.

İlk dəfə 2008-ci ildə cəmi 14 yaşında tək başına motorlu təyyarə yaratmağı bacarıb. MIT professorları Sabrinanın istedadının standartdan üstün olduğunu qeyd edirlər.