Qaş və kirpikləri tökülən h


Digərləri 15 Apr 2018 19:38:00 298 0

Qaş və kirpikləri tökülən h

Qaş və kirpiklərin sıxlığı gözəlliyin ən əsas göstəricilərindəndir.

Son.az big.az-a istinadən xəbər verir ki, bəzən qaş və kirpiklərin tökülməsi hallarına da rast gəlinir. Bu da insanda ciddi kompleks və narahatlıq hissi yaradır. Qadınların daha çox üzləşdikləri problemlərdən biri də qaş və kirpiklərin tökülməsidir. Əlbəttə ki, qaş və kirpik tükləri də (saçlar kimi) tökülməli və yeniləri ilə əvəz olunmalıdır. Lakin əgər siz qaş və kirpiklərinizin tökülməsinin çox olduğunu, onların seyrəldiyini görsəniz, ilk növbədə həkimə müraciət etməlisiniz. Qaş və kirpiklərin tökülməsinin səbəbləri qalxanvari vəzinin xəstəlikləri, streslər, dəri xəstəlikləri və s. da ola bilər. Qaş və kirpik tökülməsinin əsas səbəblərindən biri də onlara düzgün qulluq edilməməsi və ya heç bir qulluğun olmamasıdır. Əgər siz daimi olaraq gözlərinizin makiyajını silmədən yatırsınızsa, qaş və kirpiklərinizi tez-tez kimyəvi rəngləməyə məruz qoyursunuzsa, tez-tez kirpiklərinizi burur və uzadırsınızsa, bu onların keyfiyyətinin xeyli dərəcədə pisləşməsi və tökülməsi təhlükəsini yarada bilər. Qaş tökülməsinə səbəb olan ciddi bie neçə ciddi səbəbi oxucuların diqqətinə çatdırırıq:

Trixotillomaniya

Bu, başda və bədənin başqa hissələrində tüklərin qoparılması və yeyilməsidir. Bu cür vəziyyət insan stress keçirəndə və ya psixi problemləri olanda müşahidə olunur. Trixotillomaniya yetkin və yaşlı insanlar arasında kişilərə nisbətən qadınlarda daha çox olur. İnsan bilərəkdən və ya bilməyərəkdən öz saçını, qaşını və ya kirpiyini yolur.

Blefarit

Göz qapaqları kənarlarının qızarması, qaşınması, onların qalınlaşması, qabıq verməsi, kirpiklərin tökülməsi ilə müşayiət edilərsə, bu, blefarit xəstəliyidir. Onun səbəbi isə göz qapaqları kənarlarında yerləşən vəzilərin iltihablaşmasıdır. Ümumi xəstəliklər, hipovitaminozlar, kariesli dişlərin və qurd xəstəliklərinin, həmçinin sanitar vəziyyətin pis olması və s. nəticəsində bu vəzilərdə iltihablaşma prosesinin yaranmasına səbəbdir. Blefaritin müalicəsi uzun müddət ərzində aparılır və çətin müalicə edilən xəstəliklərdən hesab edilir.

Alopesiya