İsrafilov ehtiyatda qaldı, komandası 1 xal qazandı


İdman 15 Apr 2018 19:20:00 316 0

İsrafilov ehtiyatda qaldı, komandası 1 xal qazandı

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 35-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası “Alcorcon” da növbəti matçına çıxıb. Goal.az xəbər verir ki, İsrafilovun komandası səfərdə “Lorca” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Eddi bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb. “Alcorcon" geridə qalan turlarda 42 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.