Pareto qanunu və ya 80/20 prinsipi


Digərləri 15 Apr 2018 19:05:00 445 0

Pareto qanunu və ya 80/20 prinsipi

Pareto qanunu və ya 80/20 prinsipinə görə, minimum sərf olunmuş əmək nəticənin böyük hissəsini təmin edir və bu disproporsiya səbəb və nəticə əlaqələrinin qaçılmaz xüsusiyyətindən irəli gəlir.

Aşağıda verilmiş məlumatlardan Pareto qanunun həyatımızın hər sahəsində, xüsusilə iqtisadiyyat sahəsində tətbiqi nümunələri ilə tanış olacaqsınız.

80/20 prinsipi kömpüter mütəxəssislərin, biznesmenlərin və menecerlərin bilməli olduğu ən əsas prinsiplərdəndir.

Son.az moneta.az-a istinadən bildirir ki, bu qanun, iqtisadçı və sosioloq Vilfredo Paretonun şərəfinə adlandırılmış empirik qaydadır. Mahiyyət etibarilə qısa formada belə qeyd etmək olar:

Əməyin 20%-i nəticənin 80% ni təmin edir, geridə qalan 80% sərf olunmuş əmək isə cəmi 20% nəticənin yaradıcısıdır.

Bu qayda, müxtəlif istiqamətli fəaliyyət sferalarında effektivlik faktorlarının analizində istifadə olunur və belə nəticəyə gəlinir ki, planlaşdırılmış fəaliyyətin əhəmiyyətli hissəsinə ən vacib minimum zəruri resrsları cəlb etməklə əldə etmək mümkündür, belə ki, sonrakı artımlar və cəhdlər effektiv deyil və ya ümid olunan nəticəni təmin etmir.

Bu qanunun meydana gəlməsi iqtisadçının 20-ci əsrin əvvəllərində vətənində - İtaliyada gəlirlərin bölüşdürülməsi ilə bağlı apardığı araşdırmaların nəticəsilə bağlıdır. Belə ki, müəyyən olunmuşdur ki, sərvətin 80% əhalinin 20% nin əlində cəmlənmişdir. Bu maraqlı faktor, onu bir qədər fikirləşməyə vadar edir və davamlı apardığı araşdırmalar nəticəsində rəqəmlərin nisbətinin qorunub-saxlanıldığını görür.

20-ci əsrin sonlarında Pareto qanunu çox populyarlaşdı və maraqlıdır ki, o hər sferada işləyirdi.

Pareto qanununun praktiki nümunələri:

80/20 Prinsipinin ədalətliliyini sübut edən bir çox nümunələri biznesdə də tapmaq olar.

Məhsul çeşidinin 20%-i adətən pul ifadəsində satışdan gəlirin 80%-ni verir, bunu 20% alıcı və ya müştəri haqda da demək olar. Bundan əlavə məhsul çeşidinin 20%-i və ya müştərilərin 20%-i adətən şirkətə gəlirin 80%-ni gətirir.

Biznesmenlər üçün: Müştərilərin 20% bütöv qazancın 80%-ni gətirir. Məhz bu müştərilər Sizdən xüsusi diqqət tələb edirlər.