I-IV ixtisas qrupları üzrə sınaq imtahanları başa çatıb


Digərləri 15 Apr 2018 18:35:04 205 0

I-IV ixtisas qrupları üzrə sınaq imtahanları başa çatıb

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanları Respublikanın 18 şəhər və rayonunda keçirilib. İmtahanda iştirak etmək üçün 23124 abituriyent qeydiyyatdan keçib

Bakı. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanları Respublikanın 18 şəhər və rayonunda keçirilib. İmtahanda iştirak etmək üçün 23124 abituriyent qeydiyyatdan keçib. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.