Dembele: "Barcelona"dan heç yerə getməyəcəm"


İdman 15 Apr 2018 18:15:00 282 0

Dembele: "Barcelona"dan heç yerə getməyəcəm"

"Barcelona"nın hücumçusu Usman Dembele adaptasiya dövrünün çətn keçdiyini etiraf edib. Goal.az xəbər verir ki, fransalı forvard başqa kluba getməyəcəyini də bildirib.

"Hələlik optimal formada deyiləm, tədricən artırıram. Fiziki hazırlıq üzərində işləmək lazımdır, çox tez yoruluram. Komandanın Messi, Suarez və İniesta kimi liderləri mənə kömək edir və məsləhətlər verirlər. Düzü, adaptasiya asan keçmir. klubla 5 illik müqavilə imzalamışam. Burda uzun müddət oynayacam. Təbii ki, növbəti mövsüm heç yerə getməyəcəm"