Ombudsman Aparatının rəhbəri: ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının ilkin hesabatı obyektiv reallığı əks etdirmir


Digərləri 15 Apr 2018 17:55:28 317 0

Ombudsman Aparatının rəhbəri: ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının ilkin hesabatı obyektiv reallığı əks etdirmir

ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının Azərbaycanda 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabat obyektiv reallığı əks etdirmir.

Bakı. İlhamə İsabalayeva - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabat obyektiv reallığı əks etdirmir. Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq uzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib. Bu hesabatı qərəzli və ikili yanaşmanın göstəricisi sayan Aparat rəhbəri qeyd edib ki, hesabatı tərtib edənlər seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan daha çox özlərinin subyektiv və qərəzli siyasi mülahizələrinə üstünlük veriblər. A.Səfixanlı əlavə edib ki, müşahidə missiyasının üzvləri tərtib etdikləri hesabatla beynəlxalq müşahidə prinsiplərini, o cümlədən təmsil etdikləri qurumların özlərinin qəbul etdikləri sənədlərin tələblərini pozmaqla yanaşı, Azərbaycan vətəndaşlarının aktiv seçki hüququnu sərbəst ifadə etməsinə şübhə ilə yanaşaraq hörmətsizlik nümayiş etdiriblər: