"Bavariya"nın futbolçusu zədələnib


İdman 15 Apr 2018 17:50:00 279 0

"Bavariya"nın futbolçusu zədələnib

"Bayern Munchen"in yarımmüdafiəçisi Arturo Vidal bir müddət yaşıl meydanlardan kənarda qala bilər. Goal.az xəbər verir ki, çilili futbolçu məşqdə dizindən zədə alıb. O, komanda yoldaşlarının köməyilə qolf-karta aparılıb. Vidalın zədəsinin nə dərəcədə ciddi olmasına tibbi müayinədən sonra aydınlıq gələcək. Təcrübəli futbolçunun zədəsi ciddi olsa, start heyətindəki yerini itirə də bilər. Belə ki, yayda klubun düşərgəsinə onunla eyni mövqedə çıxış edən Leon Qoretzka gələcək.