Belarusda Avropa İttifaqına 10-dan çox miqrant keçirtmək istəyən Azərbaycan vətəndaşı tutulub - VİDEO


Sosial 15 Apr 2018 16:12:08 304 0

Belarusda Avropa İttifaqına 10-dan çox miqrant keçirtmək istəyən Azərbaycan vətəndaşı tutulub - VİDEO

Sərhədçilər saxlanılma zamanı silah tətbiq ediblər

Belarusun xüsusi təyinatlı sərhəd xidməti əməkdaşları Volojinski rayonunun Rakov aqrar şəhərciyi yaxınlığında Avropa İttifaqına miqrant aparan beynəlxalq cinayətkar qrupun üzvlərini saxlayıblar.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, qrupun təşkilatçısı 33 yaşlı Azərbaycan vətəndaşı olub.

Onunla bərabər Belarus vətəndaşı olan iki daşıyıcı və Rusiydan olan çeçen əsilli iki bələdçi tutulub. Saxlanılan şəxslər Belarus ərazisi ilə dövlət sərhədi istiqamətində sənədləri olmayan 11 Vyetnam vətəndaşı aparırmışlar.

Hazırda təşkilatçı, vasitəçi və bələdçilərə qarşı Belarus Cinayət Məcəlləsinin "Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qanunsuz miqrasiya təşkil etmək" maddəsi üzrə cinayət işi açılıb.