"Unay Emerinin getməsini istəmirəm"


İdman 15 Apr 2018 16:06:00 286 0

"Unay Emerinin getməsini istəmirəm"

PSG-nin yayda Unay Emeri ilə yollarını ayırmaq ehtimalı böyükdür. Mətbuat Paris klubunun Tomas Tuxellə indidən anlaşdığını yazır. Goal.az xəbər verir ki, buna baxmayaraq, komandanın müdafiəçisi Tyaqo Silva ispaniyalı mütəxəsisin getməsini istəmədiyini bildirib.

"Bu barədə heç nə bilmirik. Mediada bir çox məşqçilərin adını görürük. Burda işləmək istəyənlər çoxdur. Hər zaman peşəkarlığı qorumaq lazımdır. Əvvəlcə mövsümü başa vurmaq lazımdır. Nə olacağına sonra baxarıq. Əlbəttə, Emerinin qalmasını istəyirəm. Mən onun kapitanıyam. Kapitanlıq sarğısını daşımasaydım belə, onun gedişinə təəssüflənərdim. Emeri həmişə mənə güvənib".