Belarus gəncləri Avropa çempionu oldu
Digərləri 15 Apr 2018 15:58:16 212 0
Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gənclər arasında batutda sinxronla tullanma yarışları başa çatıb
Bakı. Ənvər Məmmədov -
Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gənclər arasında batutda sinxronla tullanma yarışları başa çatıb.
Trend-in məlumatına görə, Belarus gimnastları Sebastyan Stankeviç və Andrey Bulov Avropa çempionu olublar.
Gümüş medalı Qonsalo Martinş və Ruben Tavareş (Portuqaliya), bürünc medalı Maykl Abrahams və Lyuk Svinkels (Niderland) qazanıb.
Qeyd edək ki, Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.
Mənbə: az.trend.az