Suriyalı azarkeşlər Donald Trampı təhqir edib - VİDEO


İdman 15 Apr 2018 15:49:00 285 0

Suriyalı azarkeşlər Donald Trampı təhqir edib - VİDEO

Futbol üzrə Suriya çempionatının 21-ci turunda baş tutan "Tishreen" - "Al Jehad Qamishli" oyunu (5:1) ABŞ prezidenti Donald Trampın təhqir olunması ilə yadda qalıb. Goal.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri Trampa aid banner açaraq onu sülh adı altında dinc insanları öldürməkdən çəkinməyə çağırıblar.

Aprelin 14-ü Böyük Britaniya və Fransanın da dəstəyi ilə ABŞ Suriya ərazisinə 103 raket zərbəsi endirmişdi. Hökumət qüvvələrinin Şərqi Qutada üsyançılara qarşı kimyəvi silahdan istifadə etdiyini əsas gətirən müttəfiqlər Suriya xalqının etirazı ilə üzləşmişdi.