Azərbaycan gimnastları gümüş medal qazandı


Digərləri 15 Apr 2018 15:38:56 220 0

Azərbaycan gimnastları gümüş medal qazandı

Azərbaycan gimnastları Svetlana Makştaryova və Veronika Zemlyanya Bakıda keçirilən Avropa çempionatında batut üzərində sinxron tullanma yarışlarında gümüş medal qazanıblar

Bakı. Ənvər Məmmədov - Azərbaycan gimnastları Svetlana Makştaryova və Veronika Zemlyanya Bakıda keçirilən Avropa çempionatında batut üzərində sinxron tullanma yarışlarında gümüş medal qazanıblar. Trend-in məlumatına görə, onlar 47,000 xal toplayıblar. Bu növdə Avropa çempionu adını Belarus gimnastları Anna Qonçarova və Marina Makarinskaya, bürünc medalları ukraynalı cütlük Svetlana Malkova və Nataliya Moskvina əldə edib. Qeyd edək ki, Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.