Neymar: "Kavani ilə məsələmizi təkbətək həll etdik"


İdman 15 Apr 2018 15:30:00 242 0

Neymar: "Kavani ilə məsələmizi təkbətək həll etdik"

PSG-nin hücumçusu Neymar komanda yoldaşı Edinson Kavani ilə yola getməməsi barədə söz-söhbətlərə münasibət bildirib. Goal.az xəbər verir ki, braziliyalı ulduz hər şeyin həllini tapdığını bildirib. Qeyd edək ki, Kavani və Neymar penalti yerinə yetirməyə görə konflikt yaşamışdı.

"İlk vaxtlar aramızda müəyyən fikir ayrılığı vardı. Amma problemi həll etdik. Bir neçə gün sonra oturub vəziyyəti müzakirə etdik. Biz 2 yaxşı futbolçu olmaqla baərbər, həm də kişiyik. Edinsonla məsələmizi təkbətək, heç kimi bu məsələyə qatmamaqla həll etdik. Konfliktin şişirdilməsi media materiallarının reytinqi üçün lazım idi. Oxşar hadisələr gündəmdə saxlanılır. Komandanın konsentrasiyasına təsir etmək baxımından bunlar pisdir".