"Liverpool"un məşqçi və kapitanı faciə qurbanlarını yad edib


İdman 15 Apr 2018 15:12:00 343 0

"Liverpool"un məşqçi və kapitanı faciə qurbanlarını yad edib

"Liverpool"un kapitanı Cordan Henderson və baş məşqçi Yurqen Klopp "Hidlsbro faciəsi" qurbanlarının xatirəsini yad edib. Goal.az xəbər verir ki, məşqçi və futbolçu bu münasibətlə salınan abidənin önünə əklil qoyub.

"Hidlsbro faciəsi" 1989-cu il 15 apreldə baş verib. İngiltərə Kubokunun yarımfinalında "Liverpool" - "Nottingham" qarşılaşmasından əvvəl tribunalardakı izdiham 96 nəfərin ölümü, 766 nəfərin xəsarət almasına səbəb olmuşdu. Uzun müddət bu hadisənin səbəbkarı kimi azarkeşlər göstərilirdi. Amma 2016-cı ildə məhkəmə müəyyən etdi ki, onlarla azarkeşin ölümünə səbəb olan hadisədə günahkar polis əv oyunun təşkilatçıları imiş.