Suriya ABŞ-ın hərbi hücumunu 70-ci illərin raketləri ilə dəf edib


Dünya 15 Apr 2018 14:42:09 260 0

Suriya ABŞ-ın hərbi hücumunu 70-ci illərin raketləri ilə dəf edib

Bunu rusiyalı parlamentarilər ilə görüşündə Suriya prezidenti deyib

Suriya ordusu ABŞ, Fransa və Böyük Britaniya silahlı qüvvələrinin ölkəyə hava hücumunu 70-ci illərin raketləri ilə dəf edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı parlamentarilər ilə görüşündə Suriya prezidenti Bəşər Əsəd deyib.

"Ötən gün Amerikanın təcavüzünə məruz qaldıq və biz onu 70-ci illərin istehsalı olan raketlərlə dəf etdik…90-cı illərdən bəri Amerika filmlərində Rusiya silahlarının geridə qalmış olduğu göstərilir, bu gün isə biz əslində kimin geridə qaldığını görürük", - deyə Rusiya Dövlət Dumasının Suriya parlamenti ilə əlaqələr üzrə koordinatoru Dmitri Sablin Bəşər Əsədin sözlərini jurnalistlərə çatdırıb.

ABŞ, Fransa və Böyük Britaniya şənbə günü səhər Suriyanın iki obyektinə zərbə endirib. Müttəfiqlərin fikrincə, Suriya həmin obyektlərdən kimyəvi silah istehsalı üçün istifadə edib.