Adrian Mutu məşqçilik karyerasına başlayıb


İdman 15 Apr 2018 14:50:00 232 0

Adrian Mutu məşqçilik karyerasına başlayıb

Rumıniya millisinin sabiq futblçusu Adrian Mutu məşqçilik karyerasına başlayıb. Goal.az xəbər verir ki, 39 yaşlı mütəxəsis "Voluntari"nin sükanı arxasına keçib. Daha öncə onun Curcu "Astra"sına məşqçi təyin olunacağı deyilirdi. Mutu Pro lisenziyası alana kimi klubda köməkçi məşqçi kimi çalışacaq. "Voluntari"nin qarşısında əsas vəzifə yüksək dəstədə yerini qorumaqdır. Hazırda klub çempionatın 14 iştirakçısı arasında 10-cu pillədə qərarlaşıb.