"Bavariya" prezidenti: "Bu alicənab jestin bizə qarşı dönməsini anlaya bilmirəm"


İdman 15 Apr 2018 14:10:00 271 0

"Bavariya" prezidenti: "Bu alicənab jestin bizə qarşı dönməsini anlaya bilmirəm"

"Bayern Munchen"in prezidenti Uli Höness Niko Kovaçın baş məşqçi təyin olunması barədə danışıb. Goal.az xəbər verir ki, almaniyalı funksioner xorvat mütəxəsisdən başqa Tuxellə də danışıqlar apardıqlarını qeyd edib.

"Bu məsələ elə qabardılmışdı, sanki biz çaşqınlıqla axtarışda idik. Hasan Salihamidjiçlə birlikdə Yupp Haynkesi saxlamaq üçün çox çalışdıq. Onun qalmaq istəmədiyini görəndən sonra boşda olan məşqçiyə - Tomas Tuxelə yönəldik. Amma o, artıq qərarını verdiyini bildirdi. Biz məyus olsaq da, şoka düşmədik. Bir neçə gün sonra toplantı keçirildi və növbəti namizədin Niko Kovaç olduğunu dəqiqləşdirdik. Hər şey belə oldu. "Eintracht"ın Kovaçın təyinatına reaksiyası bir qədər xoşagəlməz oldu. Frankfurt klubunu necə məlumatlandırmaq məsələsini müzakirə etmişdik. Hesab etdik ki, onların yerində olsaq, mövsümün sonuna kimi yeni baş məşqçi axtarmaq istərdik. Onların bu işə 4 həftəsi var. Mövsümün sonu olsaydı, planları pozula bilərdi. Bu alicənab jestin bizə qarşı dönməsini anlaya bilmirəm".