Azərbaycan gimnastı Avropa çempionatında 5-ci oldu


Digərləri 15 Apr 2018 14:01:47 237 0

Azərbaycan gimnastı Avropa çempionatında 5-ci oldu

Selcan Maqsudova Bakıda keçirilən 26-cı Avropa çempionatında yuniorlar arasında ikili mini-batut yarışında 5-ci olub.

Bakı. Ənvər Məmmədov - Azərbaycan gimnastı Selcan Maqsudova Bakıda keçirilən 26-cı Avropa çempionatında yuniorlar arasında ikili mini-batut yarışında 5-ci olub. Trend-in məlumatına görə, idmançımız 63,900 bal toplaya bilib. Qızıl medalı İspaniya gimnastı Melania Rodriges, gümüş medalı isə rusiyalı Aleksandre Bonartseva qazanıb. Portuqaliya təmsilçisi Sara Qvido üçüncü olub.