Qırğızıstan prezidenti İlham Əliyevi təbrik edib


Siyasət 15 Apr 2018 13:51:48 233 0

Qırğızıstan prezidenti İlham Əliyevi təbrik edib

"Sizin inamlı qələbəniz Azərbaycan xalqının etimadının parlaq sübutudur"

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz Azərbaycan Respublikasının davamlı və hərtərəfli inkişafına yönəlmiş siyasi xəttinizə Azərbaycan xalqının etimadının parlaq sübutudur.

İnanıram ki, qarşılıqlı hörmət və etimada əsaslanan Qırğızıstan-Azərbaycan münasibətləri birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".